Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub - ADLAR

14:46 - 27 / 10 / 2023
Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub - ADLAR

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə 1news.az-a Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunub.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər