Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 3 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 3 il ötür

Qafar Ağayev08:48 - 27 / 10 / 2023
Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 3 il ötür

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından 3 il ötür.

1news.az xəbər verir ki, oktyabrın 27-də "Smerç" raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin siyahısı:

1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova

1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)

1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova

1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov

2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər