Cənub Qaz Dəhlizinin genişləndirilməsi müzakirə edilib
Azərbaycanın energetika Naziri Pərviz Şahbazov Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bundan əlavə, görüş zamanı yaşıl enerjinin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.
“Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, yaşıl enerjinin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanlarını müzakirə etdik”, - paylaşımda qeyd olunur.