Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub

Qafar Ağayev13:05 - 31 / 10 / 2023
Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub

Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi xanım Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib.

Azərbaycan tərəfi Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzalayıb. Xanım Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə edib.

1news.az Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, general-polkovnik Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

Baş katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək göstərə biləcəyini qeyd edib.

Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Xidmət rəisi Əli Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsində də tətbiq olunacağına ümidvar olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
426

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər