“Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” dekabrın 1-dən qüvvəyə minəcək” - AMB | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” dekabrın 1-dən qüvvəyə minəcək” - AMB

Qafar Ağayev17:51 - 31 / 10 / 2023
“Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” dekabrın 1-dən qüvvəyə minəcək” - AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” dekabrın 1-dən qüvvəyə minəcək və həmin tarixdən 2009-cu ildən qüvvədə olan “Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar” ləğv ediləcək.

1news.az AMB-yə istinadən xəbər verir ki, yeni qayda beynəlxalq standartların son tələblərini əhatə edir, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əks etdirilməsini təmin edir. Səmərəli bank nəzarəti yanaşmaları formalaşdıran Bazel Komitəsinin standartları ilə yanaşı xarici nəzarət orqanlarının təcrübəsi, habelə Beynəlxalq Valyuta Fondunun ekspertlərinin verdiyi tövsiyələr, eləcə də bank ictimaiyyətli ilə müzakirə zamanı mütərəqqi təkliflər Qaydanın hazırlanması zamanı nəzərə alınıb.

Qaydada likvidlik riski növü banklarda onun korporativ idarəetmənin və risklərin idarə edilməsi çərçivəsinin vacib elementi kimi nəzərə alınaraq likvidlik riski iştahası, siyasəti, daxili qaydaları, likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlığına dair tələblər təkmilləşdirilib. Cəlb olunmuş vəsait mənbələrinin konsentrasiyasına dair yeni monitorinq aləti (Herfindal-Hirşman aləti) təqdim edilib, ani likvidlik əmsalı normativinin tərkibi təkmilləşdirilib. Həmçinin, bankın normal və stress şəraitində ödəniş və hesablaşmalar üzrə yaranan öhdəlikləri vaxtında icra etmək üçün gündəlik likvidliyin idarə olunmasına dair prinsiplər və tələblər müəyyən olunub.

Bankda likvidlik mövqeyi proqnozlaşdırılmasının təkmilləşdirilməsi çərçivəsində Qaydada Bazel III standartlarında təqdim olunan bank müştərilərinin davranışı ilə əlaqədar tarixi məlumatlara əsaslanan məcmu və xarici valyutada ayrılıqda Likvidliyin örtülmə əmsalı (LCR) əmsalı normativi gətirilib. Əmsalın məqsədi bank öz fəaliyyətinin fasiləsiz davam etdirilməsi, o cümlədən öhdəliklərin tam həcmdə və vaxtında icra edilməsi məqsədilə qısa müddətli dövrdə (30 gün) stress şəraitində likvidlik üzrə dayanıqlığın təmin edilməsidir.

Qaydada əmsalın həm xarici valyuta üzrə, həm də məcmu şəkildə tətbiqi nəzərdə tutulub. Qaydanın qüvvəyə mindiyi tarixdə LCR əmsalı məcmu və xarici valyutada ayrılıqda 100 % və bundan çox olan banklar əmsalın həmin həddən aşağı düşməməsini təmin etməlidir. LCR əmsalı 100 %-dən aşağı olan bankların likvidlik mövqeyinə kəskin təzyiq yaratmamaq məqsədilə əmsal 18-24 ay müddətində mərhələli şəkildə tətbiq ediləcək. Sistem əhəmiyyətli banklar Qaydanın qüvvəyə mindiyi gündən 18 ay ərzində, digər banklar isə 24 ay ərzində əmsalı 100 %-ə çatdırmalıdır. LCR əmsalı 100% həcmində saxlanılana qədər tərkibi təkmilləşdirilmiş mövcud ani likvidlik əmsalının tətbiqi davam etdiriləcək.

Sözügedən Qaydanın tətbiqi bank sektorunda risk idarəetmə potensialının gücləndirilməsini, potensial stress şəraitində likvidlik mövqeyinin daha düzgün proqnozlaşdırılmasını və bununla öz dayanıqlılığının daha effektiv qorunmasını təmin edəcək.

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər