Bu gün “Füyuzat” jurnalının dərc olunmasından 117 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün “Füyuzat” jurnalının dərc olunmasından 117 il ötür

15:42 - 01 / 11 / 2023
Bu gün “Füyuzat” jurnalının dərc olunmasından 117 il ötür

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb.

Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

1news.az xəbər verir ki, bu gün milli mətbuat tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalının nəşr olunmasından 102 il ötür.

Jurnal böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.

“Füyuzat” Ə.Hüseynzadənin “Həyat” qəzetinin sonuncu nömrəsində “Vidanamə” başlıqlı məqaləsində göstərdiyi kimi “qüdrətli, ədəbi qələm sahiblərinin cəm” olduğu nəşr kimi diqqəti çəkdi. Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən çar hökuməti tərəfindən çapı dayandırılmışdı.

Tədqiqatçıların, ədəbiyyatşünasların bəziləri 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü “Əli bəy və "Füyuzat” dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq “Füyuzat”ı “İslam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: “XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir”.

Füyuzatçılıq, ilk növbədə, çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan Turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu “türkləşmək, islamlaşmaq, avropalaşmaq” istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə türkçülük ideologiyasının təbliği demək idi.

"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.

Qısa zaman ərzində fəaliyyət göstərən jurnalın təbliğ etdiyi fikirlər, vətənpərvərlik duyğuları, füyuzatın - yəni, gözəlliklər, feyzlər axtarışının şüası, nuru yeni bir yüzilliyə də işıq saçdı. “Füyuzat” qısa ömründə tarixə əsrlərlə öz dəyərini itirməyəcək düşüncələr sistemi bəxş etdi.

Paylaş:
563

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər