Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir - YENİLƏNİB

11:02 - 01 / 11 / 2023
Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir - YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam etdirilir.

Hakim bildirib ki, məhkəməyə zərərşəkən kimi tanınan Meşəli sakinləri - Əli Mehralıyev və Sadaqət İsmayılova tərəfindən teleqram daxil olub. Onlar səhhətləri ilə bağlı məhkəmədə iştirak edə bilmədiklərini qeyd edib və istintaqa verdikləri ifadəni təsdiq etdiklərini bildiriblər.

Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Salman Rəhimov bildirib ki, Meşəli hadisələri vaxtı kənddə olub:

"Bacım orda ərdə idi. Həmin gün bacımgildəydim. Səhər saatlarında ermənilər kəndə hücum etdilər. Yatdığımız yerdə bacım və mən xəsarət almışıq. Hücum edənlər Badara kəndində yaşayan ermənilər idi. Bütün kənd camaatı orda dedi ki, bu işin təşkilatçısı Vaqif olub. Dayım, nənəm həmin hücum zaman qətlə yetirilib. İki güllə yarası almış adam kimi xahiş edirəm, Vaqif Xaçatryanı ömürlük azadlıqdan məhrum edəsiniz".

10:38

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam etdiriləcək.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər