Bəxtiyar Əliyev: “5000-nə yaxın ümumtəhsil müəssisəsi var, ancaq heç o qədər psixoloq kadrları yoxdur”
"Ölkədə təxminən 5000-nə yaxın ümumtəhsil müəssisəsi var, ancaq heç o qədər psixoloq kadrları yoxdur”.
1news.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
“Digər tərəfindən ayrı-ayrı sahələrdə fəaliyyət göstərən psixoloq kadrlara ixtisas üzrə hazırlıq lazımdır. Beləliklə məktəblərimizə ilk növbədə məktəb psixoloqları hazırlığı həyata keçirilməlidir. Gələn ilin dövlət büdcəsində kadr hazırlığı məsələsinə baxılmalı və yeni təhsil proqramları üzrə kadr hazırlığına başlanılmalıdır”.
329