Tərtərdə 24 yaşlı şəxs minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə 24 yaşlı şəxs minaya düşüb

Qafar Ağayev08:31 - 03 / 11 / 2023
Tərtərdə 24 yaşlı şəxs minaya düşüb

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər