Azərbaycanda müflisləşmə haqqında yeni qanun hazırlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda müflisləşmə haqqında yeni qanun hazırlanacaq

Qafar Ağayev09:24 - 03 / 11 / 2023
Azərbaycanda müflisləşmə haqqında yeni qanun hazırlanacaq

Azərbaycanda müflisləşmə haqqında yeni qanun hazırlanacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi və “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı deyib. Onun sözlərinə görə, müflisləşmə sahəsində iştirak edəcək hakimlərin sayı müəyyən edilib.

“Bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasının iqtisadi sektorunda da ölkə başçısı tərəfindən mütərəqqi genişmiqyaslı islahatlar uğurla həyata keçirilir. Ötən müddət ərzində Dünya Bankı tərəfindən yeni mexanizmlərin yəni beynəlxalq qiymətləndirmə alətlərinin tətbiq olunmağa başlandı. 2022-ci ildən başlayaraq “Business Ready” (Biznesə hazır) adlı hesabat istifadəyə verildi və həmin hesabatın əsas komponentlərindən biri biznesin müflisləşməsi sahəsini əhatə edir. Bu gün biznesin müflisləşməsi işçi qrupunun növbəti iclası keçirilir.

Azərbaycanda iqtisadi sahənin daha da inkişaf etdirilməsi, biznes üçün əlverişli mühitin yaradılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya yaradılıb və həmin komissiyanın nəzdində biznesin müflisləşməsi işçi qrupu fəaliyyət göstərir. Ölkədə biznes mühitinin daha da əlverişli edilməsi üçün işçi qrupu tərəfindən bir çox işlər görülüb və bu iclasda həm işlərin müzakirəsi aparılır. Həmçinin beynəlxalq təcrübə nəzərə alınması üçün Dünya Bankı tərəfindən Almaniyadan cəlb edilən beynəlxalq ekspert həmin qrupa təqdim edilib.

Qrupun iclasında, həmçinin 2022-2023-cü illəri əhatə edən yol xəritəsinin icrası ilə bağlı müzakirələr aparılır, müflisləşmə sahəsində ixtisaslaşan bir qrup hakimlərin sayı müəyyən edilir, gələcəkdə onların davamlı tədrisə cəlb edilməsi istiqamətində müzakirələr aparılır. Tam əminliklə demək istəyirəm ki, beynəlxalq ekspertin bundan sonra fəal iştirakı nəticəsində müflisləşmə haqqında yeni qanunvericilik paketi hazırlanaraq tezliklə parlamentə təqdim ediləcək”,- deyə R.Qaraqurbanlı qeyd edib.

Paylaş:
579

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər