Qubadlı rayonunda silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlı rayonunda silah-sursat aşkar edilib

10:47 - 03 / 11 / 2023
Qubadlı rayonunda silah-sursat aşkar edilib

Qubadlı rayonunda silah-sursat aşkar edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər