Binəqədidə musiqi alətləri mağazasından oğurluğa cəhd edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə musiqi alətləri mağazasından oğurluğa cəhd edən şəxs tutulub

11:51 - 03 / 11 / 2023
Binəqədidə musiqi alətləri mağazasından oğurluğa cəhd edən şəxs tutulub

Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.

Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.

Araşdırma aparılır.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər