Səbinə Əliyevadan təklif: “Xəstəliklərdən əziyyət çəkən aztəminatlı ailələr üçün dərmanların alınmasına ayrılan vəsait artırılsın” | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbinə Əliyevadan təklif: “Xəstəliklərdən əziyyət çəkən aztəminatlı ailələr üçün dərmanların alınmasına ayrılan vəsait artırılsın”

Qafar Ağayev12:17 - 03 / 11 / 2023
Səbinə Əliyevadan təklif: “Xəstəliklərdən əziyyət çəkən aztəminatlı ailələr üçün dərmanların alınmasına ayrılan vəsait artırılsın”

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləği artırılmalıdır.

1news.az xəbər verir ki, bu təkliflə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
O bildirib ki, əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılmasına ehtiyac var:
“Bundan başqa, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsinə, milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə, dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasına, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılması da labüddür”.

Paylaş:
226

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər