ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 135 mlrd. manata çatıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü il 1 oktyabr tarixinə ümumi 134 963,3 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə 1news.az-a Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 3 550 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Xatırladaq ki, cari ilin sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 mln. ABŞ dolları) nisbətən 13% artaraq 55 524 mln. ABŞ dolları təşkil edib.
ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.