İsrail xaricdəki vətəndaşlarına: İsrail və yəhudi simvollarını açıq şəkildə göstərməyin | 1news.az | Xəbərlər
Dünya

İsrail xaricdəki vətəndaşlarına: İsrail və yəhudi simvollarını açıq şəkildə göstərməyin

Qafar Ağayev09:40 - 04 / 11 / 2023
İsrail xaricdəki vətəndaşlarına: İsrail və yəhudi simvollarını açıq şəkildə göstərməyin

İsrail öz vətəndaşlarını xaricə səyahətlərini yenidən nəzərdən keçirməyə və səyahət zamanı İsrail və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinməyə çağırıb.

1news.az xəbər verir ki, Mövzu ilə bağlı İsrail Baş nazirliyi Milli Təhlükəsizlik Mərkəzi və İsrail Xarici İşlər Nazirliyi tərəfindən birgə yazılı açıqlama verilib.

İsrailin Qəzzaya hücumları səbəbiylə "İsraillilərə və yəhudilərə qarşı şiddət və antisemitizmin dünya səviyyəsində artdığı" ifadə edilən bəyanatda israillilərdən səfərləri zamanı ehtiyat tədbirlərini artırmaları istənilib.

Bəyanatda “nümayiş və etirazlardan uzaq olmaq, ayıq olmaq və ətrafda baş verənlərə diqqət yetirmək” tövsiyə edilib və israillilərdən “İsrail və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməkdən çəkinmələri” istənilib.

“Milli Təhlükəsizlik Mərkəzi bu günlərdə xaricə səyahət tələbinə yenidən baxmağa çağırır”. Bəyanatda “səyahət xəbərdarlığı olan ölkələrə, xüsusilə ərəb ölkələri, Yaxın Şərq, Şimali Qafqaz və İrana qonşu olan ölkələrə səfərlərin təxirə salınması” tövsiyə edilib.

Paylaş:
564

Son xəbərlər

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49Bu il martın 1-dən Azərbaycanda tanınan xarici diplomların sayı açıqlandı28 / 11 / 2023, 15:27Bu il akkreditasiyadan keçən universitetlərin sayı açıqlanıb28 / 11 / 2023, 15:09Azərbaycan XİN Albaniyanı təbrik edib28 / 11 / 2023, 15:04ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb28 / 11 / 2023, 14:30Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTO28 / 11 / 2023, 14:29Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir28 / 11 / 2023, 13:59Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyasına başlanılacaq”28 / 11 / 2023, 13:42Maştağada avtomobildən 7000 manat oğurlanıb28 / 11 / 2023, 13:37
Bütün xəbərlər

Next TV