Azərbaycan və Rumıniya XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobeskunun təkbətək görüşü başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Nazirlər danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər.
13:05
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.