Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi davam edir
Noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd “AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
327