FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

17:29 - 07 / 11 / 2023
FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

FHN-dən 1news.az-a verilən xəbərə görə, dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimiz torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi Qələbəyə imza atdı. Torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayan natiqlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin daha qüdrətli Azərbaycan üçün möhkəm bünövrə olduğunu bildiriblər. Tədbirdə bu ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən bəhs edilərək nəticədə ölkəmizin suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb.

Çıxış edənlər tarixi Zəfərin Prezident-Xalq sarsılmaz birliyinin nəticəsi olduğunu qeyd edərək bildiriblər ki, Azərbaycan xalqı öz liderinin – Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə kursantların ifasında vətənpərvərlik mövsuzunda şeirlər səsləndirilib, Akademiyanın hərbi orkestrinin konsert proqramı təqdim olunub.

Paylaş:
290

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər