Dövlət xidmətində tibbi sarğı bezi istehsalçıları ilə görüş keçirildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət xidmətində tibbi sarğı bezi istehsalçıları ilə görüş keçirildi

Qafar Ağayev12:34 - 07 / 11 / 2023
Dövlət xidmətində tibbi sarğı bezi istehsalçıları ilə görüş keçirildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkədə fəaliyyət göstərən tibbi sarğı bezi istehsalçılarının rəhbərləri və iri topdansatış əczaçı müəssisələrin nümayəndələri ilə görüş keçirilib.

1news.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin faktiki qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında qurumun apardığı araşdırmaların nəticələri barədə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı, xətaların aradan qaldırıldığı və qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni bezlərin nümunələrinin Dövlət Xidmətinə təqdim edildiyi vurğulanıb.

Görüşdə həmçinin mövcud qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb. Qeyd olunub ki, istehlakçıların malların, işlərin, xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalı, istehsal markasında istehsalçı və ya icraçının adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilməli, hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın etiketinin olması, etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumatın verilməsinin zəruriliyi vurğulanıb. Qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməyən sahibkarların müvafiq qaydada məsuliyyət daşıdığı qeyd edilib.

Dövlət Xidməti istehlakçılara satışda olan gigiyenik tibbi sarğı bezlərinin faktiki ölçüsünün qablaşdırmada göstəriləndən az olması halları ilə qarşılaşdıqları zaman qurumun internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət etməyi tövsiyə edib.

Paylaş:
391

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər