Rabatda “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimat mərasimi keçirilmişdir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rabatda “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimat mərasimi keçirilmişdir - FOTO

19:04 - 09 / 11 / 2023
Rabatda “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimat mərasimi keçirilmişdir - FOTO

Mərakeşin paytaxtı Rabatda 8 noyabr Zəfər günü münasibətilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimat mərasimi keçirilmişdir

2023-cü il noyabrın 8-də Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən Mərakeş Milli Kitabxanasında Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı mərasimi keçirilmişdir. Sözügedən albom-kitab ingilis, fransız və ərəb dillərində XIX əsrin 70-ci illərindən başlayaraq 1912-ci ilə qədər davam etmiş dövr ərzində Tiflisdəki Qafqaz muzeyi əməkdaşlarının tarixi Qarabağ xanlığı ərazisinə təşkil etdikləri ekspedisiyalar zamanı toplanmış dəyərli artefaktlar kolleksiyasını özündə əks etdirir. Təqdimat mərasimində eyni zamanda bu artefaktların sərgisi də qonaqlara nümayiş etdiirlmişdir. Tədbirə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri olmaqla 100-ə yaxın iştirakçı qatılmışdır.

İlk olaraq, çıxış etmiş Mərakeş Milli Kitabxanasının direktoru Mohammed Ferran sözügedən təqdimatın iki ölkə arasında əlaqələrin mədəni ölçüsünün inkişaf etdirilməsində vacib rol oynadığına istinad etmiş, insanlararası əlaqələrə töhfə verməklə Mərakeş ictimaiyyətində Azərbaycanın zəngin tarixi, mədəniyyəti və dəyərləri haqqında daha geniş təsəvvürün formalaşması və məlumatlılığın artmasına xidmət edəcəyini vurğulamışdır.

Azərbaycanın Mərakeşdəki Səfiri Nazim Səmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində təşkil edilən bu təqdimat mərasiminin Azərbaycanın mədəniyyət paytaxtı olan və 28 illik işğaldan azad olduqdan sonra bu statusu özünə qaytaran ən mühüm regionlarımızdan biri- Qarabağ haqda unikal tədqiqatların yekun məhsulu olan bir kitaba həsr edildiyini bildirmişdir. Səfir həmçinin, Tiflis şəhərində yaradılmış “Qafqaz muzeyi” əməkdaşlarının Qafqazın müxtəlif regionlarına yerli xalqlar haqda tarixi və etnoqarfik materiallar toplamaq üçün çoxsaylı ekspedisiyalar keçirdiyini və Qarabağ xanlığı ərazisindən toplanan materialların əsasən 1912-ci il ekspedisiyaları zamanı toplandığını diqqətə çatdırmışdır. O cümlədən, Qafqaz muzeyi əsasında yaradılmış Gürcüstan Milli Muzeyinin arxivlərində saxlanılmış materiallar və artefaktların detallı analiz, kataloqlaşdırma, fotoçəkilişinin aparılması nəticəsində həmin materiallar əsasında albom tərtib edildiyi, bu albomun isə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə nəşr edildiyi qeyd olunmuşdur. Kitabda Gürcüstan Milli Muzeyinin arxivlərində aşkar olunaraq tədqiq olunmuş bir neçə min artefaktdan yalnız 300-ünün əks olunduğu da vurğulanmış, burada əks olunan materialların Qarabağ xanlığı əhalisinin məhz aparıcı azərbaycanlı və müsəlman kimliyinə mənsub olmasını göstərdiyinə xüsusi diqqət yönəldilmişdir. Səfir Nazim Səmədov həmçinin, albom-kitabın təqdimatının məhz noyabrın 8-də, Qarabağda yerləşən mədəniyyət paytaxtımız Şuşa şəhərinin azad edilməsi və Zəfər Günündə təşkil edilməsinin də təsadüfi olmadığını əlavə etmişdir. Sonda Səfir tədbirdə iştirak edən Azərbaycan diaspor nümayəndələrini Zəfər günü və 9 noyabr Bayraq günü münasibətilə təbrik etmişdir.

Qeyd etmək lazımdır ki, artefaktların sərgisi Milli Kitabxanada növbəti iki həftə müddətində nümayiş etdiriləcəkdir. Bununla yanaşı, albom-kitab Milli Kitabxananın zəngin kitab kataloquna daxil edilmişdir ki, bu da Mərakeş oxucularına ölkəmizin Qarabağ bölgəsinin zəngin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaqdır. Təqdimat mərasiminin sonunda iştirakçılara “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabı hədiyyə edilmişdir.

Paylaş:
499

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər