Azərbaycanlı gənclər Dünya Robot Olimpiadasında 2-ci yerin qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənclər Dünya Robot Olimpiadasında 2-ci yerin qalibi oldu

Qafar Ağayev13:13 - 10 / 11 / 2023
Azərbaycanlı gənclər Dünya Robot Olimpiadasında 2-ci yerin qalibi oldu

Noyabrın 7-dən 9-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, AREA-nın təşkilatçılığı ilə Azərbaycan komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edib. 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə mübarizə aparıb.

1news.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışda "Future İnnovators - Junior" kateqoriyası üzrə Zaqatala rayonundan olan "Village Boys" komandamız II yeri qazanıb.

"Future İnnovators - Senior" kateqoriyası üzrə "Caspian Rescuer" komandası isə 7-ci yerə layiq görülüb.

Qeyd edək ki, Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən komandalar Azərbaycan Robot Olimpiadasının müxtəlif kateqoriyalar üzrə qalibləridir.

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər