Mağazadan 1050 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mağazadan 1050 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb

Qafar Ağayev11:09 - 10 / 11 / 2023
Mağazadan 1050 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb

Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1972-ci il təvəlldülü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

Araşdırma aparılır.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər