YUNESKO rəsmiləri Ermənistanın vandallığı barədə ətraflı məlumatlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

YUNESKO rəsmiləri Ermənistanın vandallığı barədə ətraflı məlumatlandırılıb

Qafar Ağayev09:28 - 11 / 11 / 2023
YUNESKO rəsmiləri Ermənistanın vandallığı barədə ətraflı məlumatlandırılıb

7-10 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti YUNESKO-nun Baş Konfransının 42-ci sessiyasında iştirak etmək məqsədilə Fransa Respublikasına işgüzar səfərdə olub.

Bu barədə 1news.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sessiyanın ilk günü yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Baş Konfransın vitse-prezidtenlərindən biri seçilib. Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Baş Konfransın ümumi siyasi debatları çərçivəsində çıxış edib, habelə bir sıra ikitərəfli görüşlər keçirib.

10 noyabr tarixində milli bəyanatla çıxış edən nazir müavini Elnur Məmmədov ölkəmizin Təşkilatın əsəs tərəfdaşlarından biri olduğunu və mühüm qlobal təşəbbüslərlə mütəmadi olaraq mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etdiyini bildirib.

Çıxışında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik nifrət zəminində ölkəmizin Qarabağ bölgəsində, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılması məsələsinə toxunan nazir müavini bu xüsusda ölkəmizin dəfələrlə YUNESKO və digər beynəlxalq təşkilatlara müraciət etdiyini diqqətə çatdırıb.

Azərbaycanın mövcud mədəni irsin qorunmasını təmin etmək üçün təcili tədbirlərin görülməsinə və müvafiq faktaraşdırıcı missiyaların təşkilinə dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq Ermənistan tərəfinin əngəlləri nəticəsində bunun mümkün olmadığı təəssüflə vurğulanıb.

Çıxışında nazir müavini həmçinin post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən söz açıb, Azərbaycanın bölgədə mövcud mədəni və dini obyektlərin bərpasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə çoxsaylı addımların atıldığını bildirib.

Səfər çərçivəsində habelə nazir müavini Elnur Məmmədovun YUNESKO-nun Baş direktoru Odri Azule, Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə Azərbaycan-YUNESKO münasibətləri, mövcud əməkdaşlıq gündəliyi, o cümlədən Təşkilatın sosial və humanitar elmlər sahəsində əməkdaşlıq perspektivləri, ölkəmiz tərəfindən irəli sürülən çoxsaylı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Habelə, görüşlərdə Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin dağıdılması ilə əlaqədar olaraq ətraflı məlumatlandırılıb. Bu xüsusda, Azərbaycan mədəni irsinin hazırki vəziyyətini qiymətləndirmək məqsədilə Ermənistana müvafiq faktaraşdırıcı missiyanın göndərilməsinə dair çağırış edilib.

Azərbaycanın tərəfindən aparılmış antiterror tədbirlərindən sonra Ermənistanın bölgədə mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddiaların əsassız olduğu və bunun BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqləndiyi diqqətə çatdırılıb.

Görüşdə mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” təşəbbüsünün əhəmiyyəti vurğulanıb. YUNESKO-nun “Bakı Prosesi”, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun əsas dəstəkçisi və tərəfdaşı olduğu bildirərək bu əməkdaşlığın davam etdirilməsinə ümidvarlıq ifadə olunub.

22 noyabr 2023-cü il tarixinədək davam edəcək Baş Konfransın 42-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaqdır.

Paylaş:
347

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər