Taleh Kazımov: “Mərkəzi Bankın ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taleh Kazımov: “Mərkəzi Bankın ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”

Qafar Ağayev12:52 - 13 / 11 / 2023
Taleh Kazımov: “Mərkəzi Bankın ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”

Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.

Paylaş:
428

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər