Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

Qafar Ağayev10:04 - 14 / 11 / 2023
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Paylaş:
427

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər