Naxçıvan-Bakı avtobusunda külli miqdarda narkotik maddələr aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan-Bakı avtobusunda külli miqdarda narkotik maddələr aşkar edilib - FOTO

11:36 - 14 / 11 / 2023
Naxçıvan-Bakı avtobusunda külli miqdarda narkotik maddələr aşkar edilib - FOTO

İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Komitənin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirilib.

Yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 205,776 qram metamfetamin psixotrop maddəsi, 189,610 qram heroin və 4,93 qram metadon narkotik vasitələri aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb və bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Paylaş:
222

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər