Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb

11:44 - 16 / 11 / 2023
Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər