Regionun ən böyük innovasiya sammitinin ilk günündə hansı mövzular müzakirə olunacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionun ən böyük innovasiya sammitinin ilk günündə hansı mövzular müzakirə olunacaq?

12:49 - 16 / 11 / 2023
Regionun ən böyük innovasiya sammitinin ilk günündə hansı mövzular müzakirə olunacaq?

Artıq “InMerge İnnovasiya Sammiti”nə bir aydan da az vaxt qalıb.

Bəs PAŞA Holding tərəfindən təşkil olunan bu sammitdə kimlər çıxış edəcək və hansı mövzular müzakirə olunacaq?

Sammit telekommunikasiya, maliyyə texnologiyaları, rəqəmsallaşma və elektron ticarət kimi vertikalları özündə birləşdirir ki, bu vertikallar daxilində də müxtəlif mövzuda panellər baş tutacaq. Maliyyə texnologiyaları başlığı altında "Pollinate International" şirkətinin qurucusu Alastair Lukies CBE və “Bank of Israel”in ödəniş sistemləri üzrə rəhbəri Oded Salomy öz təqdimatlarını edəcək. Onlarla yanaşı, “Kapital Bank”ın idarə heyətinin sədri Fərid Hüseynov, Qazaxıstandan “Halyk Bank”ın icraçı direktor müavini Zhumabek Mamutov və “OTP Bank”ın innovasiyalar üzrə direktoru Andras Fischer də bankçılıq ənənələri və neobanklar haqqında müzakirələr aparacaqlar. “UnionBank of the Philippines”in baş data inzibatçısı David Hardoon isə süni intellektin bu sahədəki rolu ilə bağlı öz biliklərini bölüşəcək. Bunu da vurğulamaq lazımdır ki, sammitin birinci günü “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak-ın təqdimatı ilə start götürəcək.

Telekommunikasiya vertikalında “Bakcell”in CEO-su Klaus Mueller, “Verizon” şirkətinin analitikalar üzrə mütəxəssisi Dr. Ansar Kassim iştirak edəcək. Panelin moderatorluğunu GSMA-nın strateji əlaqələr üzrə direktoru Tahir İsmayılov üstlənəcək.

Sammitin birinci günü yalnız spikerlərin çıxışları ilə kifayətlənməyəcək. Bu gündə həmçinin startaplar öz ideyalarını iştirakçılara təqdim edəcək və dünyaca məşhur ekspertlərin rəhbərliyində təlimlər baş tutacaq.

Qeyd edək ki, sammit iştirakçıların rahatlığını nəzərə alaraq "Brella" platformasından istifadəni də təmin edib. Belə ki, bu tətbiq vasitəsilə sammitə qatılacaq hər kəs gündəliklə yaxından tanış olmaq, digər qonaqlarla görüşlər təyin etmək və tədbir boyunca yeniliklərdən xəbərdar olmaq kimi imkanlar əldə edəcəklər. "InMerge İnnovasiya Sammiti"ndə iştirak etmək üçün elə indi rəsmi veb-sayta — www.inmerge.az ünvanına keçid edərək biletləri endirimli qiymətə ala bilərsiniz.

Reklam hüququnda

Paylaş:
326

Son xəbərlər

8 Noyabr prospekti - Zığ yolu təmir olunur02 / 12 / 2023, 18:01Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb02 / 12 / 2023, 17:50Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ02 / 12 / 2023, 17:40“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib02 / 12 / 2023, 17:30Naxçıvanda məktəblər dezinfeksiya olunur02 / 12 / 2023, 17:18Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb02 / 12 / 2023, 16:57Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO02 / 12 / 2023, 16:38Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO02 / 12 / 2023, 16:18Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib02 / 12 / 2023, 16:00Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib02 / 12 / 2023, 15:38Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib02 / 12 / 2023, 15:14Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır02 / 12 / 2023, 14:47Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib02 / 12 / 2023, 14:29Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər02 / 12 / 2023, 13:55Azərbaycan XİN BƏƏ-ni təbrik edib02 / 12 / 2023, 13:36FHN ağacəkmə aksiyası keçirib02 / 12 / 2023, 13:29İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır02 / 12 / 2023, 13:06Sabahın hava proqnozu02 / 12 / 2023, 12:45Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO02 / 12 / 2023, 12:27FHN: Ötən sutka ərzində 50 yanğına çıxış, 3 nəfər xilas edilib02 / 12 / 2023, 12:17
Bütün xəbərlər

Next TV