“InMerge İnnovasiya Sammiti”nin ikinci günündə iştirakçıları nələr gözləyir? | 1news.az | Xəbərlər
Cəmiyyət

“InMerge İnnovasiya Sammiti”nin ikinci günündə iştirakçıları nələr gözləyir?

14:39 - 17 / 11 / 2023
“InMerge İnnovasiya Sammiti”nin ikinci günündə iştirakçıları nələr gözləyir?

“PAŞA Holding”in təşkilatçılığı ilə keçiriləcək “InMerge İnnovasiya Sammiti”nin ikinci günü də maraqlı anlarla dolu keçəcək.

Belə ki, tədbirin ikinci günündə qonaqlar elektron ticarət və rəqəmsallaşma sahələri ilə bağlı mövzuları müzakirə edəcək, həmçinin təlimlərə və startap sessiyalarına qoşulmaq şansı əldə edəcəklər.

Elektron ticarət vertikalı daha öncə “Amazon” və “Intel” kimi şirkətlərdə çalışmış Paul Misener-in təqdimatı ilə start götürəcək. O, öz təqdimatında uğurlu elektron ticarətin sirlərini iştirakçılarla bölüşəcək. Daha sonra “KazanExpress”in həmtəsisçisi Kevin Khanda, “Pinemelon.com” və “Arbuz” şirkətlərinin qurucusu Alexey Lee və “Trendyol”un Azərbaycandakı baş meneceri İrem Çağrı Yılandil sektorun ən son trendlərindən söz açacaq.

Rəqəmsallaşma vertikalının açılışını isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva edəcək. Onun çıxışından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramovun moderatorluğunda rəqəmsal dünyanın gələcəyi haqda diskussiya baş tutacaq. Bu müzakirəyə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov da qatılacaq.

Qeyd etdiyimiz kimi, sammitin ikinci günündə də startaplar öz ideyalarını investorlara və tədbirə qatılan hər kəsə təqdim edəcəklər. İkinci günün təlimi isə məşhur TED spikeri Michael Ringel-in rəhbərliyində olacaq.

Sammit iştirakçıların rahatlığını nəzərə alaraq "Brella" platformasından istifadəni də təmin edib. Belə ki, bu tətbiq vasitəsilə sammitə qatılacaq hər kəs gündəliklə yaxından tanış olmaq, digər qonaqlarla görüşlər təyin etmək və tədbir boyunca yeniliklərdən xəbərdar olmaq kimi imkanlar əldə edəcəklər. "InMerge İnnovasiya Sammiti"ndə iştirak etmək üçün elə indi rəsmi veb-sayta — www.inmerge.az ünvanına keçid edərək biletləri endirimli qiymətə ala bilərsiniz.

"PAŞA Holding" sözügedən sammiti təşkil etməklə ölkədə innovasiya ekosisteminin inkişafına dəstək göstərməyi hədəfləyir. Şirkət bu günə kimi dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə yerli startaplar üçün inkişaf və keryera məsləhətləri proqramları elan etmiş, texniki sahələr üzrə təhsil alan tələbələrə təqaüdlər vermiş, hətta onların dünyanın önəmli innovasiya tədbirlərində iştirakını təmin etmişdir. Bunlarla yanaşı, "PAŞA Holding" qeyd olunan sahələrdə mentorların yetişdirilməsini də dəstəkləyir və yerli inkubasiya, akselerasiya və vençur mərkəzlərinə dəstək olur. Xatırladaq ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də məhz "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.

Reklam hüququnda

Paylaş:
591

Son xəbərlər

Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilibBu gün, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEOBu gün, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldıBu gün, 14:02Prezident və birinci xanım stadionda COP29-la bağlı yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİBBu gün, 13:36Deputat: Banklar faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlarBu gün, 13:29Rektor təyin edilən Yaşar Ömərov kimdir? - DOSYEBu gün, 13:18Azərbaycan Texnologiya Universitetinə rektor təyin edilibBu gün, 13:12Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 13:04Riqada “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilibBu gün, 12:53Ötən ay DSX əməkdaşları 351 kiloqramdan çox narkotiki dövriyyədən çıxarıbBu gün, 12:50Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıbBu gün, 12:39Ötən ay dövlət sərhədini pоzan əcnəbilərin sayı açıqlandıBu gün, 12:15Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan olunubBu gün, 12:10Bakıdan-dünyaya yeni beynəlxalq media kanalıBu gün, 11:58Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır - Rəqəmlər açıqlandıBu gün, 11:44Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçibBu gün, 11:29Lənkəranda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:20Heydər Məmmədov: Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyirBu gün, 11:09Azercell COP29-un telekommunikasiya tərəfdaşıdırBu gün, 11:08Mikayıl Cabbarov dünya çempionatında qızıl medal qazanan güləşçiləri təbrik edibBu gün, 10:51
Bütün xəbərlər