Azərbaycan və Səudiyyə Ərəbistanı sosial sahədə gələcək əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı sosial sahədə gələcək əməkdaşlığı müzakirə edib

Qafar Ağayev16:55 - 17 / 11 / 2023
Azərbaycan və Səudiyyə Ərəbistanı sosial sahədə gələcək əməkdaşlığı müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı sosial sahədə gələcək əməkdaşlığı müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Səudiyyə Ərəbistanının Azərbaycana yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Nazir Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, hər iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını bildirib.

Görüşdə ölkədə son illər sosial sahədə aparılan islahatlar barədə məlumat verilib. 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun önəmi qeyd olunub.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin noyabrın 21-23-də Bakıda keçiriləcək 5-ci konfransının əhəmiyyəti vurğulanıb. Bu beynəlxalq tədbirin üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi qeyd olunub. İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin də quruma üzv ölkələrin sosial sahədə əlaqələrinin inkişafına töhfə verəcəyi bildirilib, Mərkəzin Nizamnaməsinin Səudiyyə Ərəbistanının da imzalanmasından məmnunluq ifadə olunub.

İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin inkişafından bəhs edib, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin qarşılıqlı faydalı olduğunu bildirib.

Görüşdə iki ölkə arasında bir çox sahədə, o cümlədən əmək sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələlərinin həyata keçirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Paylaş:
386

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər