Unibankın yeni filialı açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Unibankın yeni filialı açılıb

15:33 - 21 / 11 / 2023
Unibankın yeni filialı açılıb

Unibank yeni filialını müştərilərin istifadəsinə verib.

“Sədərək” Ticarət Mərkəzində yerləşən Unibank Biznes Mərkəzi müştərilərə bütün bank xidmətlərini göstərir. Filial əsasən “Sədərək” və “Binə” Ticarət Mərkəzlərində yerləşən göstərən sahibkarların biznesinə dəstək məqsədilə fəaliyyətə başlasa da, ətraf ərazilərdə yaşayan biznes sahibləri və fiziki şəxslər də filialın xidmətlərindən faydalana bilər. Biznes Mərkəzi müştərilərə kassa hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin ayrılması, əmanət qoyuluşu, plastik kartların verilməsi, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərir.

Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar müştərilərə günün istənilən vaxtı mədaxil-məxaric, ödəmə əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır

Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyənlər həftənin beş günü “Unibank”ın “Sədərək” TM-də yerləşən filialına müraciət edə bilər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank-Sənin Bankın!

Reklam hüququnda

Paylaş:
196

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər