Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

Qafar Ağayev15:53 - 22 / 11 / 2023
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu bildirib.

Bununla yanaşı, tərəflər iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Nazir, həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
404

Son xəbərlər

Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcəkBu gün, 17:46“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTOBu gün, 17:34Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 17:25“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEOBu gün, 17:07Ceyhun Bayramov Əlcəzairin yeni səfirini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıbBu gün, 16:59COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilibBu gün, 16:45AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib - FOTOBu gün, 16:31Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdıBu gün, 16:11Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıbBu gün, 16:02“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb - VİDEOBu gün, 15:54Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıbBu gün, 15:39“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!Bu gün, 15:27COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıbBu gün, 14:59Azərbaycanın sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandıBu gün, 14:51Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edibBu gün, 14:27AFFA nümayəndəsi UEFA-dan təyinat alıbBu gün, 14:14Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 14:07Nöqsanlara görə işdən çıxarılan bağça müdirlərinin sayı açıqlanıbBu gün, 13:49Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıbBu gün, 13:28FHN: Ötən sutka ərzində 72 halda yanğına çıxış olubBu gün, 13:13
Bütün xəbərlər