Pakistan Prezidenti: İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm də tarixi ədalət bərpa olundu | 1news.az | Xəbərlər
Siyasət

Pakistan Prezidenti: İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm də tarixi ədalət bərpa olundu

Qafar Ağayev17:07 - 23 / 11 / 2023
Pakistan Prezidenti: İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm də tarixi ədalət bərpa olundu

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, bu əlamətdar gün münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edən Prezident Arif Alvi qeyd edib: “Bu əlamətdar gün (Zəfər Günü – red.) bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.

Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy, bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin!”.

Prezident Arif Alvi uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksək səviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində dövlətimizin başçısı ilə birgə işləməyə ümidvar olduğunu vurğulayıb.

Paylaş:
323

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər