Vəkillər Kollegiyasının Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqi ilə bağlı təklifi dəstəklənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkillər Kollegiyasının Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqi ilə bağlı təklifi dəstəklənib

Qafar Ağayev16:44 - 24 / 11 / 2023
Vəkillər Kollegiyasının Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqi ilə bağlı təklifi dəstəklənib

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin bölmə iclasları davam edir.

1news.az xəbər verir ki, konqresdə “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festival/Konqresin Hüquq bölməsində Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru (h.e.d) Əmir Əliyev, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d Turqay Hüseynov, h.e.d, vəkil Mayis Əliyev, h.e.d, vəkil Sübhan Əliyev iştirak edib.

İclasda Əmir Əliyev "Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri" mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifi irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.

Xatırladaq ki, Əmir Əliyev, Turqay Hüseynov və Mayis Əliyev “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ustad dərsləri çərçivəsində hüquqşünaslıq ixtisasının tələbələri üçün mühazirələr deyib.

Paylaş:
374

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər