Vəkillər Kollegiyasının rəhbərliyinin Yunanıstanda iştirak etdiyi plenar iclasda CCBE-yə yeni prezident seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkillər Kollegiyasının rəhbərliyinin Yunanıstanda iştirak etdiyi plenar iclasda CCBE-yə yeni prezident seçilib

Qafar Ağayev09:42 - 27 / 11 / 2023
Vəkillər Kollegiyasının rəhbərliyinin Yunanıstanda iştirak etdiyi plenar iclasda CCBE-yə yeni prezident seçilib

Cari ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Yunanıstanın Afina Vəkillər Kollegiyasının dəvəti ilə Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında iştirak etmək üçün Afina şəhərində rəsmi səfərdə olub.

1news.az xəbər verir ki, səfərdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.

İclasda Afina Vəkillər Kollegiyası və Yunanıstan Vəkillər Kollegiyaları Prezidentləri Assambleyasının prezidenti Dimitrios Vervesos, CCBE-nin prezidenti Panagiotis Perakis, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində təşkilatın cari fəaliyyəti ilə əlaqədar bir sıra müzakirələr və CCBE-nin uzunmüddətli strategiyası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra CCBE-yə yeni prezident heyəti seçilib. Belə ki, 2024-cü ilin yanvar ayından etibarən təşkilata Pierre-Dominique Schupp (İsveçrə) rəhbərlik edəcək. Vitse-prezidentlər vəzifəsinə isə Thierry Vickers (Fransa), Roman Zavrsek (Sloveniya) və Aleks Tallon (Belçika) seçilib.

Eyni zamanda iclasda Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Marqaret Satterthwaite hakimlərin və vəkillərin müstəqilliyi ilə bağlı hesabatını onlayn formatda təqdim edib.

Qeyd edək ki, tədbir çərçivəsində gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK-nın sədri Anar Bağırovla beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Paylaş:
246

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər