Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI

Qafar Ağayev16:26 - 28 / 11 / 2023
Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:

- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə”;

- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, M.Mustafayev küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 126C, 8-ci km ünvanında fəaliyyət göstərən "Manqal Afiyət Dönər”;

- Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 155 ünvanında fəaliyyət göstərən “Line Lahmacun”;

- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 264A ünvanında fəaliyyət göstərən "Hicaz Dönər”;

- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 134 ünvanında fəaliyyət göstərən "Manqal Dönər".

Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Paylaş:
207

Son xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edirBu gün, 19:31Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcəkBu gün, 17:45Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOBu gün, 17:06Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edibBu gün, 16:49Bakının məşhur məktəbinə direktor təyin olunduBu gün, 16:21Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıbBu gün, 15:46“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib - FOTOBu gün, 15:37Sabahdan temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 15:09INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildiBu gün, 14:54Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıbBu gün, 13:54Bakı sakininə 14 min manatlıq dələduzluq edilibBu gün, 13:47Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçiribBu gün, 13:296 nəfər sərhəd pozucusu saxlanılıb - FOTOBu gün, 13:03Sabahın hava PROQNOZUBu gün, 12:44Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar elan olunub - FOTOBu gün, 12:21İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİBBu gün, 12:05“SİMA Token”in onlayn sifarişi mümkün olduBu gün, 11:48Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 10:50AMB 10 oktyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 10:33Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər