“Müəllimlər günahkar olmasa da bullinqə məruz qalırlar”
“Məktəb daxilində baş verən proseslərə görə Elm və Təhsil Nazirliyinə birbaşa müraciət etmək, qınamaq düzgün deyil”.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
“Təbii ki, biz də hər hansı məsələnin ört-basdır edilməsini istəmirik. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir”.
Nazir bildirib ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: "Məsələni dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq, çünki bu, çox vacib məsələdir. Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə yaxşı olar".
E.Əmrullayevin sözlərinə görə, son hadisələrin araşdırılması göstərir ki, müəllimlər günahkar olmasa da bullinqə məruz qalır.
“Biz öz məsuliyyətimizi başa düşürük və hər şeyin ideal olmadığını bilirik”.
Qafar Ağayev