Sabah güclü maqnit qasırğası olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah güclü maqnit qasırğası olacaq

10:43 - 30 / 11 / 2023
Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq.

1news.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər