TƏBİB məktəblinin ölümü ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB məktəblinin ölümü ilə bağlı məlumat yaydı

Qafar Ağayev12:57 - 30 / 11 / 2023
TƏBİB məktəblinin ölümü ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşağın ölməsi ilə bağlı məlumat yayıb.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: "Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.

Paylaş:
517

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər