Qəbələdə polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb

09:08 - 04 / 12 / 2023
Qəbələdə polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər