Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”

Qafar Ağayev14:14 - 07 / 12 / 2023
Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”

“Regionda, dünyada fərqli proseslər baş verir, bu dəyişikliklər fonunda çevik və vaxtında addımlar atılmalıdır”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı danışan zaman deyib.

“Biz bundan əvvəl Prezident seçkilərinin növbədənkənar keçirilməsinin şahidi olmuşuq, 2018-ci ildə Prezident seçkiləri uğurla başa çatıb. Eyni zamanda 2020-ci ildə parlament seçkiləri növbədənkənar keçirilib. Bu seçkinin də növbədənkənar keçirilməsinin nə qədər düzgün qərar olduğunu gördük. Bu baxımdan da növbəti dəfə belə bir qərarın verilməsi yerində atılmış bir addımdır”.

Deputat deyib ki, onsuz da 44 günlük Vətən Müharibəsindən sonra və xüsusilə də son 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işləri, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Azərbaycan gücünə güc qatıb.

“ Artıq Azərbaycan hərkəs tərəfindən diqtə edən tərəf kimi qəbul edilir. Öncə keçirilən bütün Prezident seçkilərində də cənab Prezident İlham Əliyev yekdilliklə hamının səsini toplayaraq bu vəzifəni icra edibdir. Mən düşünürəm ki, xüsusilə də son illərdə əldə olunan uğurlar onunda İlham Əliyevə olan sevgi daha da artıb. Bu baxımdan da növbədənkənar seçkilərin keçirilməsi xalq tərəfindən də dəstəklənəcək. Növbədənkənar seçkilərin keçirilməsi cənab Prezident İlham Əliyevin növbəti seçkilər də qələbə qazanacağınını zəruri edir. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Paylaş:
503

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər