Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

09:24 - 07 / 12 / 2023
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 77 nəfər köçürülüb. Bununla da indiyədək Füzuli şəhərində 332 ailənin (1183 nəfərin) daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Paylaş:
222

Son xəbərlər

Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilirBu gün, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanıBu gün, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?Bu gün, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olarBu gün, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAMBu gün, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdürBu gün, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edibBu gün, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilibBu gün, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülübBu gün, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıbBu gün, 13:38Avtomobillə İçərişəhərə girmək istəyənlərin NƏZƏRİNƏBu gün, 13:14Sabah yağış yağacaq - ProqnozBu gün, 13:07“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcəkBu gün, 13:03Yasamalda evdən 90 min manata yaxın oğurluq olubBu gün, 12:51Nazirdən alimlərə sual: “Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”Bu gün, 12:48Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniyaBu gün, 12:11İlham Əliyev Tacikistan liderinə təbrik məktubu göndəribBu gün, 11:51Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilirBu gün, 11:49Azərbaycan Prezidenti Koreya Xalq Demokratik Respublikasının rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 11:48
Bütün xəbərlər