Ceyhun Bayramov AŞ-nin Baş katibi ilə görüşdü - Onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov AŞ-nin Baş katibi ilə görüşdü - Onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Qafar Ağayev14:39 - 08 / 12 / 2023
Ceyhun Bayramov AŞ-nin Baş katibi ilə görüşdü - Onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Bakıda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb və onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov, Azərbaycanın AŞ-ya üzv olmasından ötən müddət ərzində insan hüquqlarının qorunması, qanunun aliliyi və demokratiyanın inkişafı sahələri üzrə Təşkilatla yaxından əməkdaşlıq etdiyini, aidiyyəti üzrə bir sıra Konvensiyalara qoşulduğunu, habelə müxtəlif birgə proqramların həyata keçirildiyini məmnunluqla qeyd edib.

Cari ilin 17 may tarixində Reykyavik şəhərində keçirilən AŞ-nın Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə istinad edən nazir Ceyhun Bayramov, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi baxımından bu kimi görüşlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs edən tərəflər, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, medianın inkişafı və digər istiqamətlərində əməkdaşlığın səmərəli nəticələr verdiyini bildiriblər.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.

Paylaş:
217

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər