Hazırda Azərbaycanın gömrük postlarında gözləmədə olan yük maşınlarının sayı açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hazırda Azərbaycanın gömrük postlarında gözləmədə olan yük maşınlarının sayı açıqlanıb - FOTO

Qafar Ağayev16:52 - 08 / 12 / 2023
Hazırda Azərbaycanın gömrük postlarında gözləmədə olan yük maşınlarının sayı açıqlanıb - FOTO

Hazırda “Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1 350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını (ümumilikdə 1 724 yük maşını) çıxışda gözləmədədir.

1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.

"Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirir", - deyə məlumatda qeyd olunub.

Paylaş:
435

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər