İcma: “Prezident İlham Əliyevin bəyanatlarını bölgədə əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik” | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma: “Prezident İlham Əliyevin bəyanatlarını bölgədə əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik”

13:16 - 09 / 12 / 2023
İcma: “Prezident İlham Əliyevin bəyanatlarını bölgədə əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziya kanalında 2023-cü il dekabrın 9-da yayımlanmış müsahibəsində və 2023-cü il dekabrın 7-də “Qarabağ: 30 ildən sonra evə dönüş.

Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayır və bu prinsipial mövqeyinə görə cənab Prezidentə təşəkkür edirik.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Qeyd olunub ki, İcma Prezident İlham Əliyevin bəyanatlarını və bu sahədə ardıcıl siyasətini təkcə İcmanın hədəfi olan qayıdış hüququna yardım etdiyinə görə deyil, həm də bölgədə davamlı sülh və əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edir.

"Həqiqətən də, birgəyaşayış və etnik müxtəlifliyə əsaslanan sülhün alternativi yoxdur. Biz qayıdış hüququmuzu Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və dinc şəkildə həyata keçirməyə dair iradəmizi bir daha bəyan edirik. Bu müstəvidə, son günlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addımları alqışlayırıq. Biz Ermənistanı bu müsbət dinamikanı lazımınca dəyərləndirərək, Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq".

Paylaş:
266

Son xəbərlər

“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Sinif yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02
Bütün xəbərlər