ASCO-nun sədri “Aframax” tipli “Şuşa” gəmisinin komandir heyətinə tapşırıqlar verib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

ASCO-nun sədri “Aframax” tipli “Şuşa” gəmisinin komandir heyətinə tapşırıqlar verib - FOTO

Qafar Ağayev17:04 - 11 / 12 / 2023
ASCO-nun sədri “Aframax” tipli “Şuşa” gəmisinin komandir heyətinə tapşırıqlar verib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Türkiyənin İzmir şəhərindəki Aliağa limanında Azərbaycan bayrağı altında beynəlxalq sularda üzən “Aframax” tipli “Şuşa” gəmisini ziyarət edib.

Bu barədə 1news.az-a ASCO-dan məlumat verilib.

Sədr əvvəlcə gəmi heyətinin iş şəraiti ilə yaxından tanış olub, onların problemləri ilə maraqlanıb, təklif və istəklərini dinləyib.

R.Vəliyev daha sonra komandir heyəti ilə görüşərək gəminin istismarına və idarə edilməsinə dair fikir mübadiləsi aparıb. Gəmi kapitanına beynəlxalq standartlara uyğun yükdaşıma fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlarını verib, liman nəzarət müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə əməl etməyin vacibliyini diqqətə çatdırıb. Həmçinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə toxunub və bu istiqamətdə dənizçilərin məsuliyyət və öhdəliklərindən danışıb.

"Aframax” tipli “Şuşa” gəmisi 15 iyun 2023-cü ildə, Milli Qurtuluş Günündə ölkəmizin hüdudlarından xeyli uzaqda – Sinqapurda istismara qəbul edilib və gəmidə üçrəngli bayrağımız qaldırılıb. Digər “Aframax” tipli tankerlər kimi, “Şuşa” gəmisinin də dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur.

Paylaş:
339

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər