Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEO

Qafar Ağayev10:54 - 11 / 12 / 2023
Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tilkililəri söküb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Paylaş:
488

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər