Xankəndidə bayrağımızın dalğalanması “Heydər Əliyev İli”nə ən böyük töhfədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə bayrağımızın dalğalanması “Heydər Əliyev İli”nə ən böyük töhfədir

10:13 - 12 / 12 / 2023
Xankəndidə bayrağımızın dalğalanması “Heydər Əliyev İli”nə ən böyük töhfədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə milli bayram səviyyəsində qeyd edilir. Çünki həm sovetlər, həm də müstəqillik dövründə ümummilli liderin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisinə və inkişafına xidmət edib.

Ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən Heydər Əliyev ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlayıb, torpaqlarımızı qəsb etmək istəyən düşmənlərə qarşı əzm və qətiyyətlə mübarizə aparıb. O, respublikaya rəhbərlik etdiyi dövrdə əsl dövlət xadimi kimi respublikanın bütün regionlarının inkişafına xüsusi diqqət yetirib və öz vətəndaşlarını etnik mənsubiyyətinə görə bir-birindən ayırmayıb.

Ermənistan rəhbərliyi tərəfindən sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşdirilməsinə vaxtaşırı cəhdlər edilib, lakin ümummilli lider Heydər Əliyevin güclü iradəsi sayəsində bu cəhdlərin qarşısı vaxtında alınıb. Ulu öndərin bu barədə söylədiyi dəyərli fikirlərə nəzər salaq: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.

Ulu öndər Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı və böyük siyasi xadim kimi hər zaman çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib və Azərbaycan dövlətinin milli maraqlarını daim qətiyyətlə qoruyub.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Qarabağın mərkəzi Xankəndi şəhərinin də nəzarətimizə keçməsi ilə ərazi bütövlüyümüzün bərpa olunmasının “Heydər Əliyev ili”nə təsadüf etməsi Azərbaycan xalqı üçün də böyük rəmzi məna daşayır. Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi dövlət başçısının “Heydər Əliyev İli”nə ən böyük töhfəsidir. Çünki vaxtilə ümumilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” deyərək İlham Əliyevi siyasi varis elan etmişdi.

Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsində tarixi torpaqlarımızı düşmən tapdağından azad etməsi, 2020-ci il 8 noyabr tarixində Azərbaycanın Zəfər rəmzi hesab edilən Şuşa şəhərində və 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldması Heydər Əliyevin necə uzaqgörən bir siyasətçi olduğunu bir daha sübut etdi.

“Heydər Əliyev İli”ndə cənab Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərinin mərkəzi meydanında dövlət bayrağımızın ucaldılması xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb edir. Çünki Qarabağı, Şuşanı azad görmək ümummilli lider Heydər Əliyevin ən böyük arzusu idi. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi ilə ata vəsiyyətini yerinə yetirdi.

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəmizdəki ictimai-siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Biz bu gün Azərbaycan xalqı olaraq ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və anırıq.

Süleyman İbrahimov

Paylaş:
886

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər