Milli Paralimpiya Komitəsinin nümayəndələri Fransada görüş keçiriblər
Milli Paralimpiya Komitəsinin nümayəndələrinin Fransada Paris-2024 XVII Yay Paralimpiya Oyunlarının təşkilat komitəsinin üzvləri ilə görüşü baş tutub.
1news.az xəbər verir ki, oyunların təşkilat komitəsinin nümayəndəsi Sofi Hertfelderlə görüş zamanı Azərbaycan millisinin paralimpiadada iştirakı və təşkilati işlərlə bağlı müzakirələr aparılıb.
Komitə nümayəndələri millinin yarışdan əvvəl təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulan Ajan şəhərinin merinin idman məsələləri üzrə müavini Alain Klajmanla da görüşüblər. Ardınca şəhərin idman infrastrukturu və məşq bazaları ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün indiyədək yüngül atletika, güllə atıcılığı və üzgüçülük üzrə 6 lisenziya qazanıb.