“Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış aşınma aradan qaldırıldı” - AAYDA - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış aşınma aradan qaldırıldı” - AAYDA - YENİLƏNİB

Qafar Ağayev14:07 - 13 / 12 / 2023
“Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış aşınma aradan qaldırıldı” - AAYDA - YENİLƏNİB

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtüyündə yaranmış problem aradan qaldırılıb.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

***

10:07

Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər